Sumqayıt şəhərində dezinfeksiya və deratizasiya işləri davam etdirilir. Bu haqda Sumqayıt24 26 iyul tarixində şəhər İH-yə istinadən məlumat verir.
Profilaktik tədbirlər çoxmərtəbəli binalarda, park və xiyabanlarda, eləcə də iaşə obyektlərində aparılır. Binalarda həmçinin həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı 5 dəfə derotizasiya olunur.
Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.