Sumqayıtda səhər saatlarında baş verən qəzanın görüntüsü əldə olunub.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə saat 05:45 radələrində 9-cu mikrorayondakı “Həyat Palace” şadlıq sarayının yaxınlığında baş verib. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil park edilmiş “Opel Frontera”, “Nissan” və “Toyota Corolla” markalı avtomobillərə çırpılıb.
Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Посмотреть эту публикацию в Instagram