Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib.
Sumqayit24.az xəbər verir ki, görüş 11 nömrəli məktəbin binasında baş tutub. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Sakinləri fərdi qaydada dinləyən şəhər rəhbəri qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün isə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.