Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşlarla görüş keçirib.
Sumqayit24.az xəbər verir ki, qəbul 9-cu mikrorayon ərazisində baş tutub. Görüşdə İcra Hakimiyyətinin rəhbər şəxsləri, müxtəlif idarə və müəssisələrin vəzifəli şəxsləri, təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub.