Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində sənaye sərgisi keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə şəhər rəhbəri Zakir Fərəcov, eləcə də aparıcı sənaye müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.
Sərgidə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, Azərikimya İstehsalat Birliyi, SOCAR Karbamid Zavodu, SOCAR Polimer MMC, ATS FOOD MMC, Gilan Tekstil MMC, Alyans Tekstil MMC, Qartal Tikinti Firması, Bakı Qida və Yağ Fabriki, El Plastik MMC, Fin Plast MMC, Çinarlı MMC, Araz-L MMC, Fuad Kimya Servis MMC və RJ Xemikal MMC kimi istehsalçılar öz məhsullarını nümayiş ediblər.