Sumqayıtda şəhid ailə üzvləri olan təhsil işçiləri ilə görüş keçirilib. Bu haqda 25 aprel tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Ramazan bayramı münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva şəhər üzrə təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri olan təhsil işçiləri, eləcə də şəhid övladları ilə görüşüb. Ziyarət zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb. Sonda ailələrə bayram sovqatları təqdim olunub.