Sumqayıtlı şəhidlərin ailələri Türkiyəyə dəstək olublar. Sumqayıt24 bu haqda 13 fevral tarixində DünyaTV-yə istinadən xəbər verir.
Şəhid Teymur Əzizovun ailəsi zəlzələdən zərər çəkənlərə 17 min dollarlıq humanitar yardım göndərib. Məhsulların arasında quru, kalorili və hazır qidalara üstünlük verilib, həmçinin şam və poverbanklar, geyim, yataq dəstləri, uşaq bezləri kimi lazımlı əşyalar da var. Onların çeşidlənməsində digər şəhid ailələri də köməklik göstəriblər.
Qeyd edək ki, şəhidimizin yoldaşı Zeynəb Səmədova heyvanları da yaddan çıxarmayıb. Onun təşəbbüsü ilə həmin bölgələrə heyvan yemləri də yollanılıb. [modula id="31713"]