27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.
Sükut dəqiqəsi zamanı bayraqlar endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.