Sumqayıt Tibb Mərkəzində (STM) elmi-praktik konfrans keçirilib.
Sumqayit24.az xəbər verir ki, konfransda STM-nin direktor müavinləri İlkin Namazov, Ramin Qasımov və Namirə Abbasova, həmçinin tabeliyindəki müəssisələrdə çalışan kardioloq və endokrinoloqlar iştirak ediblər.
Tibb elmləri doktoru, dosent Yasmin Rüstəmova “Hipolipidemik terapiya seçiminə müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.
Konfransın sonunda iştirakçıların maraqlandığı suallar cavablandırılıb.