1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında şəhərin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
Sumqayıt24 xəbər verir ki, xəstəxana kollektivinin iştirak etdiyi tədbirdə Sumqayıt səhiyyəsinin tarixinə qısa ekskurs edilib. Çıxışlarda şəhərin inkişaf mərhələlərindən danışılıb, əldə edilən nailiyyətlərdən söz açılıb. Şəhər səhiyyəsinin inkişafında xidmətləri olan tibb işçiləri haqqında iştirakçılara geniş məlumat verilib.
Tədbir digər çıxışlarla yekunlaşıb.