Sumqayıt Tibb Mərkəzində (STM) "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Sumqayıt24 xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi ilə STM arasında razılaşdırılmış tədbirlər planına uyğun olaraq keçirilib.
Seminarda zəlzələ və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib. Bundan əlavə, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.