Sumqayıtda şair Qazi İmadəddin Səlimin "Qan çiçəkləyən şeirlər" və "Bitməyən həsrət" kitablarının imza günü və təqdimat mərasimi keçiriləcək.
Sumqayıt24 xəbər verir ki, tədbir sentyabrın 8-də saat 11:30-da Əli Kərimli adına Poeziya Evində baş tutacaq. Kitabların redaktoru şair-publisist, Respublikanın Əməkdar jurnalisti Rafiq Odaydır, ön sözün müəllifləri isə tanınmış şairlər Xaqani Abbasali Öztürk və Xanəmir Telmanoğludur.