Sumqayıtda “Bölgələrlə əbədi əlaqələr” layihəsi çərçivəsində kitab təqdimatı keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, tədbir oktyabrın 18-də saat 15:00-da Əli Kərim adına Sumqayıt Poeziya Evində təşkil olunacaq. Şair Sevinc Azadlının yeni nəşr olunmuş “Məktubunu oxudum, oxu məktublarımı” adlı şeirlər kitabının təqdimatı günü baş tutacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.