Ceyranbatan qəsəbəsinin sakinləri ictimai nəqliyyatdan narazıdırlar.
BAKU.WS-in məlumatına görə, qəsəbədən şəhərə birbaşa avtobuslar getmir. Sakinlər Sumqayıtdan gələn avtobusların ümidinə qalıb:
"Ceyranbatan camaatı saatlarla küçədə avtobus gözləyir. Ərazidən sadəcə Sumqayıt - Bakı marşrutları - 594 və 595 keçir, onlar da dolu olduqları üçün saxlamırlar", - deyə şikayətçi vurğulayıb.