Sumqayıtda narazılıq yaradan obyektlə bağlı açıqlama verilib.
Xəbər verdiyimiz kimi, 13-cü mikrorayonda, bina 6-nın önündə yerləşən yaşıllıq sahədə gecə qanunsuz şəkildə obyekt inşa edilib. İşlər zamanı ağaclara da müəyyən qədər zərər vurulub. Bu isə sakinlərin etirazına səbəb olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Sumqayit24.az-a verilən məlumata görə, dəmir konstruksiyalı həmin obyekt aidiyyətı qurumlar tərəfindən götürülüb.