Bu gün Türkiyədə zəlzələdən zərərçəkmiş insanlar üçün yardımların toplanması davam edir. Bu haqda 9 fevral tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıt sakinləri “Kango” yükdaşıma şirkətinin filialına (1 saylı “ASAN xidmət”in yanı; saat 20:00-dək) və “Sülh Plaza”ya (3-cü mərtəbə; saat 22:00-dək) yaxınlaşaraq yardımlarını edə bilərlər.
Zərərçəkənlərə lazım olan əşyaların siyahısını təqdim edirik:
-Qış paltarları (gödəkçə, şalvar, əlcək, corab və s.);
-Çadır;
-Yataq;
-Yorğan;
-Döşək;
-Əl fənəri;
-Generator;
-Poverbank;
-Təmizlik alətləri.
Xəbər verdiyimiz kimi, yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməmək xahiş olunub.
[modula id="31545"]