Sumqayıtda gecə yarısı futbol oynayan şəxslər insanları narahat edirlər.
Sumqayıt24-ə sakinlərdən daxil olan məlumata görə, 29-cu məhəllədə, 1 nömrəli məktəbin stadionunda gecə saat 12-yə kimi həvəskar futbol matçları keçirilir.
“Stadionun üstü açıqdı deyə, oradan səs-küy ətrafa yayılır. Sakinlərin hüzuru pozulur. Futbola, idmana qarşı deyilik, əksinə dəstəkləyirik. Sadəcə stadionun ətrafını bağlasınlar ki, həmin səs-küy bizi narahat etməsin”, - deyə şikayətçilər əlavə ediblər.