Sumqayıtda fəaliyyət göstərən obyektdə qanun pozuntusu aşkarlanıb. Sumqayıt24 bu haqda 30 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-nın əməkdaşları şəhər ərazisində monitorinq keçiriblər. Nəticədə Paşayev Elçin İslam oğluna məxsus şərab evində (10-cu mikrorayon) obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən edilib.