Xəbər verdiyimiz kimi, Saray körpüsünün söküntüsünə dekabrın 18-də saat 00:00-dan etibarən başlanılıb. Sumqayit24.az xəbər verir ki, hazırda körpünün fasilələrlə açıq qalması və nəqliyyat vasitələrinin hərəkətində hər hansı məhdudiyyətin olmaması ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub.
Məsələ ilə bağlı Sumqayit24.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, tam söküntü işləri bu gecədən başlayacaq:
“Artıq əraziyə çoxsaylı texnikalar cəlb olunub. Hazırda kommunikasiya xətlərinin köçürülməsi və digər hazırlıq işləri aparılır”.