Saray qəsəbəsində qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Bu haqda bu gün, 22 dekabr tarixində “Report” məlumat yayıb.
Məlumata əsasən, hadisə 21 dekabr saat 19 radələrində baş verib. Tural Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobili ilə 74 yaşlı piyadanı yolu keçərkən vurub. Piyada Əvəz Sevdimalıyev xəstəxanaya aparılan zaman ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.