Saray qəsəbəsində maşın qəfildən alışıb.
Sumqayit24.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında General Məhəmməd Əsədov küçəsində baş verib. “Bolt” şirkətində taksi fəaliyyəti göstərən “Toyota” markalı avtomobil yanıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər. Nəqliyyat vasitəsi tamamilə yarasız vəziyyətə düşüb.
Yanğının səbəbləri araşdırılır.