Saray qəsəbəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Bu barədə 9 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Qəza yanvarın 7-si saat 19:30 radələrində baş verib. "Mercedes" markalı avtomobil yolu keçən piyada, 17 yaşlı Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçıb.
Qeyd edək ki, O. Axundzadə 35 saylı tam orta məktəbin 10-cu sinif şagirdi olub.
İddiaya görə, sürücü də məktəblidir. Qəza baş verən zaman o, ailəsindən xəbərsiz maşını idarə edib.