Saray qəsəbəsində zəncirvari qəza olub. Sumqayıt24 bu barədə 23 noyabr tarixində xəbər verir.
Hadisə saat 07:40 radələrində baş verib. Heydər Əliyev küçəsində “Mercedes C-class”, “Mercedes Sprinter” və “Hyundai Elantra” avtomobilləri toqquşub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Yolda sıxlıq yaranıb.
Xəsarət alanların olub-olmaması hələlik məlum deyil.