Saray qəsəbəsində qadın itkin düşüb.
Sumqayit24.az-a daxil olan məlumata görə, 36 yaşlı Günay Əşrəfova 12 dekabr günorta saatlarında heç kimi xəbərdar etmədən evdən gedib və bir daha geri qayıtmayıb.
Həmin zaman üzərində qara şalvar, qara köynək və çəhrayı jaket olub.
Faktla bağlı polisə məlumat verilib. Onu görənlərdən 055-713-37-46 nömrəsi ilə əlaqə saxlanılması və ya polisə məlumat verilməsi xahiş olunur.
Qeyd edək ki, G.Əşrəfovanın körpə övladı olduğu bildirilir.