Saray qəsəbəsində qanunsuz tikintinin qarşısı alınıb.
Sumqayit24.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.
Müraciət əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə qanunsuz inşa olunan tikili sökülüb.