Saray qəsəbəsində yanğın hadisəsi baş verib. Sumqayıt24 bu haqda 26 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Fəaliyyət göstərməyən quşçuluq fermasının ərazisində sahəsi 30 kv.m olan köşkün taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər mühafizə olunub.