top
Saxtakarlıqda günahlandırılan şirkət Sumqayıtda təmir işləri aparacaq
07 iyul 2023, 08:15
- +

Saxtakarlıqda günahlandırılan şirkət Sumqayıtda təmir işləri aparacaq

Sumqayıtın yollarını saxtakarlıqda ittiham olunmuş şirkət təmir edəcək. Sumqayıt24 bu haqda 7 iyul tarixində Bizim.media-ya istinadən xəbər verir.

Mənzil-Kommunal Təsərrüfatı Birliyinin elan etdiyi “Sumqayıt şəhərində küçə və parklarda abadlıq işlərinin” və “Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmirinin” satın alınması ilə bağlı 2 tenderin qalibləri açıqlanıb.

Müsabiqəni qazanan “Azərenerji Təchizat” MMC və “Xezer Construction” MMC ilə ümumilikdə 2 milyon 947 min 270 manatlıq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub.

Nizamnamə kapitalı 10 manat olan “Azərenerji Təchizat” MMC 1 milyon 299 min 866 manat müqabilində 20 Yanvar, P. Hüseynov, Z. Hüseynov, Ə. Kərimov, K. Hüseynov, M. Hüseynzadə küçələrində, Azərbaycan prospektində, o cümlədən 17-ci mikrorayonda, 9-cu mikrorayonda 58-ci binaya və Alman parkının yanı ilə kollecə gedən yoldakı səkilərdə, Sumqayıt Dövlət Universitetinin qarşısındakı və Lüdviqshafen parkında təmir, bərpa və abadlıq işlərini həyata keçirəcək.

Bu şirkətin ciddi qanun pozuntusuna yol verdiyi məlum olub.

"Azərenerji Təchizat” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı 46-cı məhəllədə yerləşir, qanuni təmsilçisi Çobanov Famil Eldar oğludur.

Əvvəlki qanuni təmsilçi isə Qafurzadə Xəyal Səlim oğlu olub. Bununla bağlı 2021-ci ildə reyestr məlumatlarına dəyişiklik edilib. Güman ki, bununla da qanuni təmsilçi dəyişib.

Açıq mənbələrdə “Azərenerji Təchizat” MMC və Famil Çobanov barəsində hər hansı məlumat yoxdur. Şirkət yarandığı gündən bəri yalnız Sumqayıtın yerli qurumlarının, əsasən də İcra Hakimiyyətinin elan etdiyi çoxmilyonluq tenderlərin qalibi olur.

Təkcə 2023-cü ildə Sumqayıt ŞİH və ona tabeli qurumların 4 tenderini qazanıb. Bura indi bəhs etdiyimiz tender də daxildir. Bağlanan satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 6 milyon 49 min 247 manatdır.

Diqqətə çatdıraq ki, ötən ilin dekabrında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Saxtakarlığa yol verən sahibkarlar arasında “Azərenerji Təchizat” MMC də var.

“Dövlət satınalmaları haqqında” qanunda göstərilir ki, satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə, həmin malgöndərənin təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir.

Bundan başqa, malgöndərənin gələcək satınalma prosedurlarında iştirakı qeyri-müəyyən müddətə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddətə qadağan edilir.

Həmçinin saxtakarlıq hallarının araşdırılması üçün məlumatlar müvafiq səlahiyyətli orqanlara təqdim edilir. Tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsi, bunun səbəbləri satınalma prosedurları haqqında hesabatda göstərilir və dərhal malgöndərənə bildirilir.

Sumqayıt MKTB-nin “Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması” tenderinin qalibi “Xezer Construction” MMC (VÖEN - 1603218151) seçilib.

Tərəflər arasında 1 milyon 647 min 404 manatlıq satınalma müqaviləsi bağlanacaq. Şirkət Sahil küçəsində yolun asfalt örtüyünü əsaslı təmir edəcək.

Son xəbərlər

İdman
Bu gün, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Bu gün, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Bu gün, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Bu gün, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər