top
SDU-dan kütləvi ixtisarlarla bağlı AÇIQLAMA
10 yanvar 2025, 00:18
- ↺ +

SDU-dan kütləvi ixtisarlarla bağlı AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Universiteti (SDU) kütləvi ixtisarların başladığına dair yayılan xəbərlərdən sonra açıqlama verib.

Sumqayit24.az həmin açıqlamanı təqdim edir:

“Son bir il ərzində Sumqayıt Dövlət Universitetində (SDU) tədrisin təşkili, məzmunun yenilənməsi və idarəetmənin səmərəliləşdirilməsi ilə bağlı islahatlar aparılmaqdadır. İslahatlar SDU Elmi Şurası tərəfindən qəbul olunan Strateji İnkişaf  Planındakı (SİP)  hədəflərə nail olmaq, təkrar institusional akkreditasiyadan keçmək (2023 Akkreditasiya Tövsiyələri Sənədi), strukturu müvafiq qanunvericiliyə uyğunlaşdırmaq (Vahid Tarif-İxtisas Sorğu Kitabçası), maliyyə resurslarının səmərəli istifadə olunması və maaşların artırılması baxımından əhəmiyyətli sayılmaqdadır. Eyni zamanda, islahatlar zamanı universitetin tələbəyönümlü mövqedə olması və tələbələrə yüksək keyfiyyətli xidmətin göstərilməsi əsas götürülməkdədir. Bunun üçün tələbələrlə keçirilən müxtəlif sorğuların nəticələri nəzərə alınıb.

İslahatlar nəticəsində SİP-də  və 2024-cü il Fəaliyyət Planında göstərilən hədəflərə 92% nail olunub. SDU QS-in Avropa Universitetləri Reytinqində ilk dəfə iştirak edərək Avropada 483-cü, Qərbi Asiya universitetləri arasında 31-ci yerdə qərarlaşıb. Dünyanın ən yaxşı universitetlərindən olan Oksford Universiteti (Saïd Business School) ilə COP29 çərçivəsində birgə qlobal layihələr həyata keçirilib. İmpakt faktorlu jurnallarda çap olunan məqalə sayı 46 olub ki, bu da ötən ilin nəticələri ilə müqayisədə 35% daha çoxdur.  İlk dəfə olaraq SDU-da SABAH qrupları açılıb və yeni müəllimlər tədrisə cəlb olunub. 2024-cü ildə 3 magistratura və 1 bakalavr SABAH proqramı start götürüb. BP şirkəti SDU-da 5 kimya laboratoriyasının yenidən qurulmasına maliyyə dəstəyi ayırıb. Kapital Bankın dəstəyi ilə 2 kompüter laboratoriyası yenidən qurulub. İlk dəfə olaraq sənayedən təlim sifarişi alınaraq 200-dən artıq yeni məzuna praktik təlimlər keçirilib.

SDU-da 2024-2025-ci tədris ili üçün tələbə qəbulu nəticələri əhəmiyyətli dərəcədə artıb. Tələbə sayı 6500 nəfərə çatıb. SDU-ya qəbul olanlar arasında 500-dən artıq bal toplayan tələbələrin sayı 20 dəfə, 400-dən artıq bal toplayan tələbələrin sayı 5 dəfə artıb. 600-dən artıq bal toplayan tələbələr SDU-nu seçib. Tələbə və müəllim mobilliyi artıb. Müəllim və tələbələrimiz 28 xarici səfərdə olub. Əcnəbi tələbələrin sayı təxminən 2 dəfə artaraq 46 olub.

İdarəetmə və struktur müasir tələblərə uyğun yenilənib. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnələn strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr yaradılıb. Aparılan islahatların nəticəsi kimi professor - müəllim heyətinin mərhələli şəkildə (son 1 ildə 2 dəfə) maaşı ortalama 28%, inzibati heyətin ortalama 25%, tədris- köməkçi heyətin maaşı isə ortalama 20% artırılıb.

İslahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılıb, bilik və bacarıqların qiymətləndirilməsi nəticəsində 83 SDU əməkdaşı vəzifədə irəli çəkilib, nəticədə onların əməkhaqları ortalama 20% artırılıb.

Həmçinin yeni təyin edilən əməkdaşlar arasında Sumqayıt şəhərində yaşayanlara üstünlük verilib. Hazırda SDU-da tam şəffaf işə qəbul prosesi mövcuddur, bütün vakansiyalar SDU-nun rəsmi veb səhifəsində və sosial şəbəkə hesablarında paylaşılır.

Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universitet ilə bağlı yayılan kütləvi ixtisarlar həqiqəti əks etdirmir. Bütün dəyişikliklər Azərbaycan Respublikasının "Əmək Məcəlləsi" qanunlarına uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb.  Əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir.

Sumqayıt Dövlət Universiteti ictimaiyyətə və media qurumlarına daim açıqdır, hər hansı bir sual yaranarsa, universitetimiz hər zaman cavablandırmağa və aydınlıq gətirməyə hazırdır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər