G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt Dövlət Universitetində (SDU) mühüm qərarlar qəbul edilib.
Sumqayit24.az xəbər verir ki, təhsil ocağında professor-müəllim heyətinin maaşları son bir il ərzində iki mərhələdə artırılıb:
- Professorların maaşları 27% artırılaraq 1900 AZN-ə çatdırılıb;
- Dosentlərin maaşları 28% artırılaraq 1600 AZN olub;
- Baş müəllimlərin (elmi dərəcəli) maaşları 37% artımla 1300 AZN-ə yüksəlib;
- Müəllimlərin (elmi dərəcəli) maaşları 27% artırılaraq 1100 AZN təşkil edib.
Eyni zamanda inzibati heyətin maaşı orta hesabla 25%, tədris köməkçi heyətin maaşı isə 20% artırılıb.
Bundan əlavə, universitet rəhbərliyi bayram münasibətilə bütün əməkdaşlara 100 AZN məbləğində mükafat verib. Həmçinin, il ərzində yüksək nəticələr göstərən inzibati heyət üzvləri maaşlarının 50%-i qədər əlavə mükafatla təltif olunublar.