Sumqayıt Dövlət Universitetinin (SDU) komandası olimpiadada uğurlu çıxışı ilə yadda qalıb.
Sumqayit24.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə “İnternational Collegiate Programming Contest (İCPC-2024)” beynəlxalq proqramlaşdırma olimpiadası keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Rövnəq Nadirov və Coşqun Babayev, Mühəndislik fakültəsinin tələbəsi Emil Abbasovun təmsil etdiyi "SDU-3" komandası yarışmanın yarımfinalına qədər irəliləyib və sertifikata layiq görülüb.
Qeyd edək ki, olimpiadada Qafqaz regionu üzrə 150 komanda iştirak edib.