Sumqayıt Dövlət Universitetində (SDU) mülki müdafiə və ilkin tibbi yardım üzrə təlim keçib.
Sumqayit24.az xəbər verir ki, tədbir Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi qulluqçusu, mayor, Aprel döyüşlərinin iştirakçısı və 44 günlük Vətən müharibəsi qazisi İlkin Ağazadə tərəfindən keçirilib. Təlimdə universitetin 1 və 3-cü kurs tələbələri iştirak ediblər.
Seminar zamanı tələbələrə yanğından mühafizə, ilkin tibbi yardım və özünümüdafiə metodları barədə məlumat verilib.
Sonda tələbələr təlimçiyə müxtəlif suallar ünvanlayıblar.