Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi Səxavət Cəfərli beynəlxalq çempionatda iştirak edib.
Sumqayıt24.az xəbər verir ki, Rusiya Federasiyasının Veliki Novqorod şəhərində Yüksək Texnologiyalar Çempionatının final mərhələsi keçirilib.
Turnirdə dünyanın digər ölkələrinin gəncləri ilə yanaşı, Azərbaycandan SDU-nun Mühəndislik fakültəsinin III kurs tələbəsi Səxavət Cəfərli “Aqrorobot” kateqoriyası üzrə beynəlxalq komandalar arasında II yerə layiq görülüb.
Qeyd edək ki, yarış Rusiya Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilib.