Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı (SDU TGT) “Fəallarla iş üzrə koordinator” vakansiyasını elan edir. Sumqayıt24 bu haqda 13 fevral tarixində xəbər verir.
Koordinator olmaq istəyən tələbələr öz namizədliyini irəli sürə bilərlər. TGT sədri və müəllim tərəfindən yoxlanılaraq müsahibə mərhələsindən uğurla keçən tələbəyə sözügedən vəzifə veriləcək.
Namizədlərin fəallığı və nizam-intizamı ilə fakültə dekanı maraqlanacaq.
Son qeydiyyat tarixi: 14 fevral;
Saat: 15:00.