top
SDU və Oksfordun birgə müsabiqəsi keçirilib
19 noyabr 2024, 01:10
- ↺ +

SDU və Oksfordun birgə müsabiqəsi keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçirilib.

Sumqayit24.az xəbər verir ki, tədbir Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi, Oksford Universiteti “Saïd Business School” və "Burjeel" Holdinqin təşkilatçılığı baş tutub.

Müsabiqə qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və cəmiyyətdə transformasiya yaratmağa ruhlandırmaq məqsədi daşıyıb. Tədbirə 58 ölkədən 1000-dən çox müraciət daxil olub ki, bunun da 135-i Azərbaycandandır.

Ümumilikdə şagirdlərdən ibarət 5 komanda və 5 müəllim final mərhələsində iştirak hüququ qazanıb.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin də iştirak etdiyi final mərhələsində şagird komandaları və müəllimlərin təqdimatları münsiflər tərəfindən qiymətləndirilib.

Qonaqlar müsabiqəni həm tədqiqatçı məktəblilər, həm də müəllimlər üçün əhəmiyyətli bir platforma kimi qiymətləndiriblər.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.

Mərasimdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli müsabiqəni müəllim və şagirdlər üçün təcrübə qazanmaq baxımından yaxşı imkan kimi dəyərləndirərək əlavə edib ki, müxtəlif ölkələrin təcrübələrini bölüşmək, müxtəlif kateqoriyalarda yarışmaq fürsəti həm şagirdlər, həm də onların müəllimləri üçün uğurlu bir səyahətin başlanğıcı sayıla bilər.

Çıxışlardan sonra qalib şagird və müəllimlər mükafatlandırılıblar.

Eyni gündə Sumqayıt Dövlət Universiteti (SDU) ilə Oksford Universiteti “Saïd Business School” COP29 çərçivəsində “İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” panel müzakirəsi də təşkil edib.

Müzakirənin məqsədi qlobal iqlim fəaliyyətinə təkan vermək üçün təhsil və innovasiyanın gənc liderləri necə inkişaf etdirə biləcəyini araşdırmaq olub.

Panel müzakirədə SDU, Oksford Universitetinin “Saïd Business School”, "Burjeel" Holdinq, İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansı, Şiv Nadar Universitetinin nümayəndələri çıxış ediblər.

Panel iştirakçıları gənclərin dəyişikliklər üçün katalizator kimi səlahiyyətlərinin artırılması ilə bağlı fikirlərini bölüşüblər. Paneldə, həmçinin iqlim fəaliyyətlərini təhsilə inteqrasiya etmək üçün uğur hekayələri, çətinliklər və strategiyalar müzakirə olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər