Sumqayıt Dövlət Universiteti (SDU) yüksək balla qəbul olunacaq tələbələr üçün yeni imkanlar yaradır. Bu haqda 25 may tarixində Sumqayıt24 xəbər verir.
Cari ildə ali tədris müəssisəsinə 500-dən çox balla qəbul olacaq tələbələrə aylıq 200 manat əlavə təqaüd veriləcək. Həmçinin SDU-nun təmirdən yeni çıxmış “Tələbə evi”ndə ödənişsiz qalmaq imkanı əldə edəcəklər.