Bakı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik olmayacaq.
Sumqayit24.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC bununla bağlı məlumat yayıb. Bildirilib ki, 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub:
“Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək”.