Sumqayıtda yerləşən “Sevgilim” şadlıq sarayında kişi ölüb. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Toy məclisinə qonaq qismində qatılan 76 yaşlı Nurəddin Havayarovun qəflətən halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, kişini xilas etmək mümkün olmayıb.
Ölümün səbəbləri hələlik məlum deyil. Fakt araşdırılır.