Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən 3 nəfər saxlanılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Belə ki, 2 şirkətdən 3000 manat dəyərində mis boru və 180 kiloqram metal əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı T.Sadıqov, 48 yaşlı N.Qasımov və 41 yaşlı F.Şivəxanov saxlanılıblar.
Fakt araşdırılır.