Sumqayıt Tibb Mərkəzində (STM) cərrahi xidmətin 6 aylıq nəticələrinə həsr olunmuş hesabat konfransı keçirilib.
Sumqayıt24.az xəbər verir ki, konfransda STM-in direktor müavinləri, tabeli tibb müəssisələrinin baş həkimləri və cərrahlar iştirak ediblər.
Tədbirdə cari ilin ilk 6 ayı ərzində icra olunan əməliyyatların müxtəlifliyindən danışılıb. Vurğulanıb ki, hesabat dövründə STM-in müəssisələrində 5375 cərrahi əməliyyat həyata keçirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur.
Konfrans qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.