Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib.
Sumqayit24.az xəbər verir ki, qəbulda STM-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Görüş zamanı 20 vətəndaşın müraciətinə baxılıb. Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub.