Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib.
Sumqayit24.az xəbər verir ki, görüşdə STM-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Qəbulda 15 vətəndaşın müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.