Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib.
Sumqayıt24 xəbər verir ki, görüşdə STM-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Qəbulda 47 vətəndaşın müraciətinə baxılıb. Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.