Sumqayıt Tibb Mərkəzinin (STM) əhaliyə göstərdiyi xidmət sayı açıqlanıb. Bu barədə 8 fevral tarixində Sumqayıt24 xəbər verir.
Məlumata görə, ötən il mərkəzin tabeliyində olan tibb müəssisələrinə 1 milyon 264 min 523 müraciət edilib. Bunlardan 1 milyon 227 min 836 ambulator, 36 min 687 isə stasionar müraciətdir.
Həmçinin vətəndaşlara 2 milyon 235 min 466 ambulator, 851 min 786 isə stasionar xidmət göstərilib.