Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı artıb.
Banker.az xəbər verir ki, MMC-nin kapitalı cari ildə dördüncü dəfə artırılaraq 700 milyon manata çatdırılıb.
STP-nin nizamnamə kapitalı 2024-cü ilin əvvəlindən ümumilikdə dörd artımda 384 504 000 manat (384.5 mln. manat) və ya 122.8% artırılıb.
Beləliklə, nizamnamə kapitalının həcmi 697 554 346 manata çatdırılıb. İlin əvvəlinə qədər onun cəmi 313 050 346 manat nizamnamə kapitalı mövcud idi.
Qeyd edək ki, STP-nin baş direktoru vəzifəsini Hicran Valehov icra edir.