“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) sabiq işçisinə yüksək vəzifə verilib. Bu haqda Sumqayıt24 xəbər verir.
Prezident İlham Əliyev müdafiə nazirinə yeni müavin təyin edib. Vəzifə Aqil Qurbanova həvalə olunub.
Qeyd edək ki, 36 yaşlı Aqil Qurbanov bundan əvvəl özəl sektorda çalışıb, həmçinin STP-nin Müşahidə Şurasının sədri olub.