Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tələbə qızlar üçün təqaüd proqramı elan edir. Bu haqda 22 aprel tarixində Sumqayıt24 Azərbaycan Texnologiya Universitetinin rəsmi səhifəsinə istinadən məlumat verir.
“Zərif mühəndislər” layihəsi çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanı əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaq.
Proqrama aşağıdakı ixtisaslarda təhsil alan tələbələr müraciət edə bilərlər:
- Mexanika mühəndisliyi;
- Maşın mühəndisliyi;
- Mexatronika və robototexnika mühəndisliyi;
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
- Geomatika və geodeziya mühəndisliyi;
- Sənaye mühəndisliyi;
- Ekologiya mühəndisliyi;
- Elektrik və elektronika mühəndisliyi.
Qeydiyyat linki: https://forms.gle/TfEchHxsCjuLijCt8
Müraciətlər aprelin 30-na kimi qəbul olunacaq.