"Sumqayıt Texnologiyalar Parkı" MMC açıq tender elan edib. Sumqayıt24 bu barədə 14 dekabr tarixində Stp.az-a istinadən xəbər verir.
"Sərnişindaşıma xidməti (servis) təşkili" ilə bağlı elan olunan tender 2 lot üzrə keçirilir. İştirakçılara təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış (plomblanmış) şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər. Tenderin predmeti olan xidmətləri yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirakçı şirkətin müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi olması tələb olunur.