“Bizi gətirib elə yerdə yerləşdiriblər ki, problemlər bitib-tükənmir, çarə edən də yoxdur.”
Sumqayit24.az xəbər verir ki, bu sözləri Stansiya Sumqayıt adı ilə tanınan, lakin yaxınlarda qəsəbəsə statusu verilən Şəfəq qəsəbə sakinləri bildirirlər.
Problemlərini dilə gətirməkdən yorulan sakinlər deyirlər ki, artıq kimə və hara müraciət edəcəklərini bilmirlər. Şikayətçilər sahibsiz itlər, ictimai nəqliyyat, işıq təchizatı, su ilə dolu zirzəmilər və digər məsələlərlə bağlı narazılıqlarını bildirirlər.
Qeyd edək ki, Sumqayıt şəhərinin 12 kilometrliyində yerləşən 88 yaşayış binasından ibarət, 8 min nəfərdən çox əhalinin məskunlaşdığı bu yaşayış massivinə 2024-cü ilin mart ayında qəsəbə statusu verilib. Qəsəbə statusu verilsə də, icra nümayəndəsi hələ də təyin olunmayıb.