Sumqayıtda 42 saylı İkinci Seçki Dairəsi üzrə millət vəkili Tahir Mirkişili vətəndaşlarla görüşüb. Bu haqda vəkil öz rəsmi Facebook səhifəsində bildirib.
Qəbul zamanı Mirkişili seçiciləri dinləyib, onların müraciət, təklif və problemləri ilə maraqlanıb. Onları narahat edən sosial məsələlərin həlli üçün lazımi işlərin görüləcəyini bildirib.
Qeyd edək ki, müraciətlərin bir hissəsi yerindəcə həll edilib, digərləri isə araşdırma aparmaq üçün nəzarətə götürülüb.