Sumqayıtda Bulvar ərazisində bıçaqlanan şəxsin səhhəti ilə bağlı açıqlama verilib.
Şəhərin təcili tibbi yardım xəstəxanasından AZƏRTAC-a verilən məlumata əsasən, 28 sentyabr tarixində Rahib Yunusov tərəfindən 17 bıçaq zərbəsi almış İlkin İbişov əməliyyat olunub. Hal-hazırda onun durumu stabildir.
Xatırldaq ki, Rahib Yunusov şübhəli şəxs qismində saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.